Neftin qiymətinin bahalaşması davam edir

Neftin qiymətinin bahalaşması davam edir backend

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

XəzərXəbər xəbər verir ki, OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflərin neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə qərarından sonra “qara qızıl”ın qiyməti kəskin bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

“ICE London” qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.
Diaspora