Avstriyada qadın odlu silahdan anasını, qardaşını və 7-10 yaşlarında olan üç uşağını qətlə yetirdikdən sonra intihar edib.
APA-nın Avstriyanın APA agentliyinə istinadən verdiyi xəbərə görə, Sankt-Pelten dairəsinin Bogerkimşen kəndində baş vermiş insidentin səbəbləri hələlik məlum deyil. Polis faciəyə “üçüncü tərəfin” səbəb olduğunu ehtimal edir.Araşdırma aparılır.