DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilmişdir

DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilmişdir backend

Dekabrın 1-də SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuat açıqlaması vermişlər.

Qaziler.az bildirir ki, açıqlamada deyilir: “SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara almışlar. 2013-cü il iyunun 21-də Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan etmişdir. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi , müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparmışdır.

SOCAR, SNAM və Satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparmışlar. Danışıqlar dostluq şəraitində keçmiş, Yunanıstan hökuməti və Satıcılar hər zaman razılamaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutmuşlar. Lakin, tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməmişlər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilmişdir.

SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.
Diaspora