Tikinti sahəsində TİT təcrübəsi başlayır

Tikinti sahəsində TİT təcrübəsi başlayır backend

Ölkə başçısının yeni imzaladığı sərəncama əsasən İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumu ödəməyəcək. Körpüləri tünlləri, binaları sahibkarlar idarə edəcək, işlədib xərci çıxardacaqlar. Əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra isə həmin obyektlər dövlət mülkiyyəti hesab olunacaq. İqtisadçı Aydın Hüseynov qəzetimizə bildirib ki, yeni layihəyə görə, investor və ya sahibkar hər hansı obyekti tikib ərsəyə gətirir və onu işlədib öz gəlirini götürür, daha sonra isə bağlanmış müqqavilə başa çatdıqdan sonra həmin tikilmiş obyekti dövlətə təhvil verir. Aydın Hüseynov onu da bildirib ki, yeni layihənin həayat keçirilməsi ölkəyə daha geniş bir şəraitdə investisiya axımını artıracaq. Ümumilikdə həmin sahələrə investisiya qoyuluşu iş adamı üçün bir qaranat olacaq.

Mütəxssislərin də bildirdiyi kimi, yeni layihə ölkədə devalvasiya şəraitində itikinti sahəsinə investisiya yatırmaq istəyən investorların fəaliyyətini qoruyub saxlamaqda başlıca amil olacaq. Ekspertlərin də bir müddət öncə verdiyi dəyərli təkliflərdə bildirilirdi ki, devalvasiya şrəraitində bankların maliyyə problemləri kimi məsələlər investorlar üçün də çətin şərait yaradır. Qubad İbadoğlunun sölərinə görə, indi müştərilər banklarda pul saxlamağa ehtiyat edirlər. Belə olan halda investisiya yatırmaq istəyənlər uzun müddətli fəaliyyət göstərə bilmirlər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev məlumat verərək qeyd edib ki, qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.Onun sözlərinə görə, bir sıra xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsinin təhlili əsasında hazırlanmış qanun layihəsinin əsas məqsədi ölkəmizdə bir çox infrastruktur obyektlərinin tikintisinin və ya əsaslı təmirinin yerli və xarici investisiya şirkətlərinə güzəştli şərtlərlə təklif olunması və əlverişli investisiya mühitinin yaradılmasıdır.O, deyib ki, beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, oxşar qanunlar qabaqcıl Avropa ölkələrində, o cümlədən, Almaniya, Fransa, Böyük Britaniyada uğurla tətbiq edilmiş və yüksək nəticələr əldə olunub: "Təkcə bir nümunə gətirim ki, qardaş Türkiyədə oxşar qanun 1994-cü ildə qəbul olunub və qanunun tətbiqindən sonra ölkəyə təxminən 122 milyard dollar investisiya cəlb edilib".Komitə sədrinin müavini vurğulayıb ki, qanun layihəsində ölkədə ilk dəfə olaraq "Tik, idarə et, təhvil ver" (TİT) modelinin tətbiqi nəzərdə tutulur. Modelin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müvafiq şərtləri və tələbləri ehtiva edən müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, həmin obyektlərin maksimum 49 il müddətinə idarə edilməsini və gəlirlərin əldə olunmasını investorlara təklif edir. Qeyd olunan müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir: "Bütövlükdə qanun layihəsinin əsas üstünlükləri ondan ibarətdir ki, investorlar hər hansı sahibkarlıq riski daşımadan ölkəmizə investisiya qoymaqda və bunun müqabilində gəlirlər əldə etməkdə maraqlı olacaq.Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq və müvafiq müqavilə müddəti başa çatdıqdan sonra yaradılan həmin infrastruktur obyektləri əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçəcək.İnşaat-tikinti sektorunda uzun illərki təcrübəmdən irəli gələrək, xüsusilə qeyd etmək istərdim ki, təklif olunan qanun layihəsi həm dövlətin, həm də investorların maraqlarına tamamilə uyğun gəlir". Müzakirələrdən sonra yeni qanun layihəsi plenar iclasa tövsiyə olunub.
IFC-nın Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsenin sölərinə görə hazırda Azərbaycan üçün təkcə birbaşa xarici investisiyaları cəlb etmək deyil, həm də daxili kapital qoyuluşlarını özəl sektora təşviq etmək vacibdir: "Hazırda əsas vəzifələrdən biri daxili investisiyaların axını, xarici və daxili investorlar üçün eyni şəraitin yaradılması məqsədilə mümkün maneələrin aradan qaldırılmasıdır. Bu, ölkəyə iqtisadiyyatını şaxələndirməyə, cə ölkənin fiskal balansını təkmilləşdirməyə imkan verəcək"

Onu da qeyd edək ki, investorlarla bağlı yeni qanun layihəsi yeni iş yerlərinin açılamsına və məşğulluğun artırılmnası üçün mühüm əhəmiyyət kəsb edir.

Rüfət Soltan
Adalet.az

Diaspora