Çörək də yeni ildən bahalaşacaq

Çörək də yeni ildən bahalaşacaq backend

Azərbaycanda un və çörəyin qiyməti artırılacaq. BakiPost.az-a daxil olan məlumata görə, bu barədə qərar Tarif Şurasının təbii qaz və elektrik enerjisinin satış qiymətlərini artırmasından sonra verilib. İş adamları zavodların daha artıq işıq və qaz pulu ödəyəcəyini, bu səbəbdən çörəyin qiymətinin artırılmasının zəruri olduğu qənaətinə gəliblər.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı bir neçə çörək zavodu ilə əlaqə saxlayıb.

"Nur” çörək zavodundan saytımıza verilən məlumata görə, hələki heç bir qiymət artımı yoxdur: "Amma hər şey ola bilər. Yəni çörəyin qiymətinin qalxması gözləniləndir. İndidən konkret cavab verə bilmərik. Amma xərclərin qalxması çörəyə iki şəkildə təsir edə bilər. Ya çörəyin çəkisi dəyişəcək, ya da qiymətlər artacaq. Amma bununla bağlı indidən nəsə demək tezdir. Ola bilsin ki, çörəyin bahalaşması yeni ildən sonra baş versin”.

"Sərham” MMC çörək zavodundan da bildirilib ki, qiymət artımı 2017-ci ilin əvvəllərindən qüvvəyə minsin: "Hazırda hər hansı qiymət artımı yoxdur. Amma ola bilər ki, bundan sonra çörəyin qiymətində artım olsun. Bunu zaman göstərəcək. Artım olarsa, yeni ildən sonra olacaq”.

"Binə” çörək zavodundan isə verilən məlumata görə, çörəyin qiymətində bahalaşma olmayıb: "Çünki zavodumuz qazla deyil, dizellə işləyir. Əgər dizelin qiyməti qalxsa, çörəyin qiyməti də arta bilər. Amma yenə də gözləmək lazımdır”.
Diaspora