Səhiyyə Nazirliyi aksiya keçirir

Səhiyyə Nazirliyi aksiya keçirir backend

Respublika QİÇS-lə Mübarizə Mərkəzi 4000 nəfəri İnsanın İmmunçatışmazlığı Virusuna qarşı (İİV) müayinədən keçirib. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, nazirliyin dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü, eləcə də “Avropa İİV-ə testləşmə həftəsi” ilə bağlı aksiyalar keçirilir. Park bulvar, Metropark Ticarət mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionların ictimai, mədəni-maarif ocaqlarında könüllülər müayinə olunub.

Bu aksiyalar zamanı könüllülərə pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmadığını) müəyyən etmək imkanı yaradılıb.

Xatırladırıq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2016” Ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü “ ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə aparacaq.
Diaspora