Ərəblər yenidən Azərbaycana axışır: Hotellərdə boş yer qalmayıb

Ərəblər yenidən Azərbaycana axışır: Hotellərdə boş yer qalmayıb backend

“Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək”.

Qaziler.az xəbər verir ki, bunu azvision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Yeni illə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur.

“Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan hotellərdə, demək olar ki, yer yoxdur”.

N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyili olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

“Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyillidirlər”.

N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.

“Dünən Küveytdə Azərbaycan turizm şirkətləri və hotelləri ilə Küveyt şirkətləri arasında görüş keçirilib. Onlara Azərbaycanın turizm potensialı təqdim olunub. Yanvarın 20-dən Küveyt aviaşirkəti tərəfindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək, ərəb turistlər bundan rahatlıqla yararlana biləcəklər. Ümidvaram ki, bu, qış turizminin inkişafına təkan verəcək. Küveytdə Azərbaycana böyük maraq var”, - deyə N.Bağırov qeyd edib.
Diaspora