Tanınmış yazıçı-publisist Mehriban Vəzir özünün facebook səhifəsində Azərbaycanda jurnalistikanın vəziyyəti ilə bağlı narahatlığını paylaşıb. Məsələnin aktuallığını nəzərə alan QAZİLER.AZ saytı Mehriban Vəzirin həmin fikirlərini təqdim edir:
“Son günlər jurnalistikamızın durumunu əks etdirən elə faktlarla üz-üzə gəldim ki… heyrət içindəyəm...Ali məktəb diplomu var, tarix bilmir, ədəbiyyat bilmir, siyasət bilmir… sual verə bilmir… heç nə bilmir… bilmir ki bilmir...
Bilmədiyini də bilmir…
Bu halı ilə müsabiqəyə yazı verir, müsahibə almağa gəlir…
Yanğındı, yanğın… mətbuata od düşüb...”