Azərbaycan-İran sərhədində yeni dəmir yolu körpüsü bu il hazır olacaq

Azərbaycan-İran sərhədində yeni dəmir yolu körpüsü bu il hazır olacaq backend

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində Astaraçay üzərindən keçən dəmir yolu körpüsünün tikintisi bu ilin dekabrında başa çatacaq.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, dəmir yolunun Astara stansiyasından sərhəddə yerləşən körpüyə qədər olan 8,3 kilometrlik hissəsi artıq hazırdır və sınaqdan keçirilib.

C.Qurbanovun sözlərinə görə, uzunluğu 85 metrə çatan körpünün tikintisi, demək olar, başa çatıb: "İndi sınaq işləri aparmaq lazımdır. Körpünün tikintisi dekabrda başa çatacaq”.
Diaspora