Ukrayna ərazisindən keçməklə Avropaya neft tranziti azalıb

Ukrayna ərazisindən keçməklə Avropaya neft tranziti azalıb backend

Cari ilin yanvar-oktyabr aylarında Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə neft tranzitinin həcmi 2015-ci ilin müvafiq dövründəki 11,262 milyon ton ilə müqayisədə 12,3 faiz və ya 1 milyon 574,5 min ton azalıb. AZƏRTAC bu barədə Ukrayna KİV-lərinə istinadla xəbər verir.

Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyinin məlumatına görə, bu ilin on ayı ərzində ölkənin neftayırma zavodlarına nəql edilmiş neftin həcmi 1,176 milyon tona bərabər olub. Bu, 2015-ci ilin yanvar-oktyabr ayları üçün müvafiq göstərici ilə müqayisədə 14 faiz və ya 191,4 min ton azdır.

Beləliklə, 2016-cı ilin on ayı ərzində tranzit məqsədi ilə nəql edilmiş neftin payı 90,5 faiz, Ukrayna neftayırma zavodlarına nəql edilmiş neftin payı isə 9,5 faiz olub.
Diaspora