Türkiyə heç vaxt NATO-nun vahidliyini və kollektiv müdafiəsini poza biləcək addım atmaz. APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Hurriyyet” nəşrinə müsahibəsində deyib.
“NATO-nun gücü və uğuru o fakta əsaslanır ki, alyansın hər-hansı üzvünə qarşı hücum dərhal bütün müttəfiqlərin reaksiyasına səbəb olacaq. Və mən tamamilə əminəm ki, NATO sazişinin beşinci maddəsinə əsasən, Türkiyə heç vaxt bu kollektiv müdafiəni və vahidliyi poza biləcək heç bir addım atmayacaq”, - deyə Stoltenberq qeyd edib.Stoltenberq Türkiyənin “S-400” zenit-raket sistemlərinin alınmasına dair Rusiya ilə apardığı danışıqlara da toxunub: “Hansı texnikanı almaq, hansınasa investisiya yatırmaq hər bir ölkənin öz işidir. Lakin biz həmişə döyüş texnikasının istifadəsinin NATO-nun bütün üzvləri ilə uyğunluluğunu əsas tutmuşuq”.