998 sahibkarın ölkədən çıxışına qadağa qoyuldu

998 sahibkarın ölkədən çıxışına qadağa qoyuldu backend

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə 998 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Qeyd edək ki, 17 noyabr tarixinə vergi borcu olduğuna görə 739 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 8 xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Diaspora