Nazir: “Allahın köməyi ilə neftin bahalaşacaq“

Nazir: “Allahın köməyi ilə neftin bahalaşacaq“ backend

İranın neft naziri Bijan Zəngane bəyan edib ki, OPEC ölkələrinin bu ayın sonlarında keçiriləcək toplantısının nəticələrinə əsasən neftin 50 dollara, hətta 55 dollara qədər bahalaşacağını istisna etmir.

Qaziler.az xəbər verir ki, nazirin bu proqnozu barədə “Reuters” bildirir.

“Mən hesab edirəm ki, biz Allahın köməyi ilə razılaşma əldə edə biləcəyik. Qiymət 50 dollardan yuxarı qalxa bilər. Əgər OPEC-ə üzv olmayan ölkələr də anlaşsa bir barrel neftin 55 dollara qalxması da mümkündür”-nazir deyib.

İran bundan əvvəl OPEC-in və kartelə üzv olmayan ölkələrin Vyanada keçirdikləri görüşdə neft hasilatının məhdudlaşdırılmasına razılıq verməyib. Bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik yaşanır. Məlumatlara görə Səudiyyə tərəfi bildirib ki, əgər İran bu da hasilatın məhdudlaşdırılmasına dair razılaşmanı əngəlləsə Ər-Riyad hasilatı kəskin artırıb nefti ucuzlaşdıracaq.
Diaspora