Azərbaycanda yenidən dollar qıtlığı yaşanır

Azərbaycanda yenidən dollar qıtlığı yaşanır backend

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb. "Report"un monitorinq qrupunun kommersiya banklarında apardığı müşahidələr göstərir ki, bu gün, noyabrın 16-da "Bank of Baku" və "Muğanbank" kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. "Accessbank"da satış limiti 200 dollar, "ASB" və "BTB"-də 100 dollar məbləğində müəyyənləşdirilib. "Amrahbank" isə dolların alışı olduğu təqdirdə satışın da həyata keçirildiyini bildirir.


Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində "qara bazar"da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.
Diaspora