Azərbaycanda işsizlikdən sığorta sistemi yaradılacaq

Azərbaycanda işsizlikdən sığorta sistemi yaradılacaq backend

Son illər əmək qabiliyyətli yaşda olan əhalinin sayı artıb. Belə ki, 15-64 yaş qrupunda olanların sayında böyük artım müşahidə olunub və əhalinin ümumi strukturunda onların payı 62,3 faizdən 71,3 faizə yüksəlib.

QAZİLER.AZ saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

Nazir müavini deyib ki, 2003-2016-cı illərdə 1,6 milyon iş yeri açılıb. Yeni yaradılmış iş yerlərinin 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artmasına təsir göstərib və 2015-ci ildə məşğulluq səviyyəsi 62,1 faiz təşkil edib.

“Dövlət şirkətləri tərəfindən qısa müddətdə nazirliyin məşğulluq xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilib və bu orqanlarda işaxtaran kimi qeydiyyata alınmış şəxslər müvafiq göndərişlə həmin iş yerlərində münasib işlərlə təmin olunublar. Bundan əlavə, hesabat dövründə nazirliyin məşğulluq xidməti orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs əmək müqavilələri əsasında abadlıq və təmir-tikinti işlərinə cəlb edilib. Nəticədə cari ilin mart-iyun aylarından işçi qüvvəsinin hərəkətində müsbət saldo yaranıb, yəni bağlanan əmək müqavilələrinin sayı xitam verilmiş əmək müqavilələrinin sayından artıq olub.

İşsizlikdən sığorta sisteminin yaradılacağını da qeyd edən İ.İsayev bildirib ki, sistem sığorta olunan şəxslərin itirilmiş iş yerləri üzrə əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi çıxış edəcək. Bununla yanaşı, həmin sistem genişmiqyaslı aktiv məşğulluq tədbirlərinin, sosial cəhətdən həssas əhali qrupları üçün məqsədli proqramların həyata keçirilməsinə, sosial müəssisələrin yaradılmasına və s. imkan verəcək.
Diaspora