Azərbaycanda dollarla əməliyyatların həcmi üçqat azalıb

Azərbaycanda dollarla əməliyyatların həcmi üçqat azalıb backend

Bu ilin yanvar-sentyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

Qaziler.az bildirir ki, "APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi ötən ilin eyni dövründəkindən 60,81% az olub.

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmində də 2,71 dəfə azalma qeydə alınıb. Başqa sözlə, bu ilin oktyabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 4 mlrd. 602 mln. 773,2 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 12 mlrd. 496 mln. 260,2 min manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 441 mln. 886 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,98 dəfə azdır. Bu ilin 9 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 160 mln. 887,2 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,29 dəfə azdır.

Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 32,53% azalıb. Başqa sözlə, bu ilin yanvar-sentyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 702 mln. 473,2 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 1 mlrd. 41 mln. 105,6 min avro təşkil edib.

Bu ilin 9 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 447 mln. 807,5 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,88 dəfə azdır. Bu ilin yanvar-sentyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 254 mln. 665,7 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,47% çoxdur.
Diaspora