Azərbaycanlı kikboksçu ağır döyüşə çıxacaq - Almaniyada

Azərbaycanlı kikboksçu ağır döyüşə çıxacaq - Almaniyada backend

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq. Qaziler.az-ın BakiPost.az-a istinadən məlumatına görə noyabrın 5-də Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi təmsil edəcək Xəyal Əhmədovun büdəfəki rəqibi erməni döyüşçü Cioran Apuyepyan olacaq.

Xatırladaq ki, X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş "K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Noyabrın 5-də keçiriləcək turnirin təqdimat çarxını diqqətinizə təqdim edirik:
Diaspora