“Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir“ - RƏSMİ

“Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir“ - RƏSMİ backend

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı açıqlama yayıb. QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Cavab tədbirləri nəticəsində düşmən susdurulub: "Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir. qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür".

Diaspora