Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Virtualaz.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,84 dollar ucuzlaşaraq 46,86 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,41 dollar azalaraq 48,30 dollar olub.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 2,38 dollar ucuzlaşaraq 48,85 dollar təşkil edib.