Rumıniyada 32-ci “SOCAR“ YDM-i

Rumıniyada 32-ci “SOCAR“ YDM-i backend

ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirməkdə davam edir.

Trend Şirkətin saytına istinadən məlumat vetir ki, yanvarın 30-da Sibiu şəhərində istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən sayca 32-ci YDM-dir.
Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyi və “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Sibiu şəhəri icra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Geniş torpaq sahəsinə malik YDM-də Benzin-95, Dizel Euro-5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsinə şərait yaradır.

Digər YDM-lərdə olduğu kimi, burada da müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 15 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma məntəqələrinə malikdir.
Diaspora