Oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 36 nəfər müraciət edib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, müraciət edənlərdən 28 nəfər xəstəxanaya qəbul olunub, 6 nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-nün müalicəsi hazırda davam etdirilir.
A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanıb.