Bu müəssisə rəhbərləri ölkədən çıxa bilməz - VERGİ BORCUNA GÖRƏ

Bu müəssisə rəhbərləri ölkədən çıxa bilməz - VERGİ BORCUNA GÖRƏ backend

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 28 oktyabr tarixinə vergi borcu olduğuna görə 652 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu rəqəm 24 oktyabr tarixinə olan göstəricidən 18 nəfər çoxdur.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Diaspora