ABŞ-da neft kəməri tikintisinə etiraz

ABŞ-da neft kəməri tikintisinə etiraz backend

ABŞ-ın Şimali Dakota ştatında etiraza qalxan sakinlərin düşərgələri polis tərəfindən dağıdılıb. Polis müqavimət göstərən 141 nəfər etirazçını həbs edib. Reuters xəbər verir ki, bu barədə ştat şerifinin rəsmi nümayəndəsi Donella Haşki bildirib.

Hərbi maşın, xüsusi texnika və helikopterlərin iştırakı ilə keçirilən əməliyyat zamanı ştat ərazisində neft kəmərinin tikintisinə etiraz edən şəxslər həbs olunub. ABŞ polisi, əməliyyat zamanı gözyaşardıcı qaz və xüsusi güllələrdən istifadə edib.

Haşkinin sözlərinə görə, bir nəfər ayağından yaralanıb.

Xatırladaq ki, yerli sakinlər və ekoloqlar artıq bir neçə aydır bu ərazidən neft kəmərinin çəkilməsinə etiraz edirlər. Onlar iddia edirlər ki, neft kəməri yerli sui qəbiləsinin dini ayinlərinə və ştatın su təchizatına təhlükə törədir.(azvision.az)
Diaspora