İqtisadiyyat Nazirliyinin Kollegiyası “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nı təsdiq edib.
Virtualaz.org-un məlumatına görə, bu Meyarlar “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını müəyyən edir.“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:
- mağazanın yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri;
- mağazanın yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı;
- sahibkarlardan daxil olan müraciətlər;
- mağazanın müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;
- rüsumsuz ticarət mağazalarının (“duty free”) yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.
Kollegiyanın qərarı 28.10.2016-cı il tarixdən qüvvədədir.