Krımın Simferopol şəhərində məscidin fundamentinin qurulması üzrə təntənəli mərasim keçirilib. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki,məscid kompleksi şəhərin cənub hissəsində Simferopol su anbarı yaxınlığında tikiləcək.
Layihəyə əsasən, məscidin uzunu və eni 37 metr, günbəzinin hündürlüyü isə 28 metr olacaq. Məsciddə, hər biri 50 metr hündürlükdə olmaqla, dörd minarə tikiləcək.Kompleksin 2019-cu ildə istifadəyə veriləcəyi gözlənilir.
Tikintinin baş podratçısı Rusiya şirkəti olacaq.