OPEK-ə üzv olan ölkələrin və Rusiyanın neft qurumlarının rəhbərlərinin görüşündə neft hasilatının həcmini 4 faiz azaltmaq təklif edilib. APA-nın xəbərinə görə, “Reuters” agentliyi iki mənbənin məlumatına istinadən bildirib ki, Rusiya hasilat həcmini yalnız hazırkı səviyyədə dondurmağa hazır olduğunu bildirib.
Agentlik qeyd edir ki, OPEK-in 28-29 oktyabr tarixlərində Vyanada keçiriləcək toplantısında neft hasilatının azaldılması təklifi rəsmi şəkildə nəzərdən keçirilə bilər.