Azərbaycanda iki yeni unikal "Ro-Pax" tipli bərələrin tikintisi ilə bağlı müqavilə imzalanıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin sifarişi ilə "Baku Shipyard" gəmiqayırma zavodunda inşa olunacaq.Müqavilənin ümumi dəyəri 132 milyon dollar təşkil edir.
Sənədi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və "Baku Shipyard"ın baş meneceri Hu Çonq Lam imzalayıblar.
Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov iştirak ediblər.
Bərələr yük və sərnişin daşımalar üçün nəzərdə tutulub. dedveyti 5540 ton olan gəminin göyərtəsinə 56 sistern (12 metrlik), 46 yarımvaqon (13,9 m), 44 yük vaqonu (14,7 m), 50 yük maşını yerləşdirilə bilər, həmçinin 100 sərnişin yeri var.
Ş.Mustafayev bildirib ki, gəmilərin tikintisi iki-üç il çəkəcək.