Mövlud Çavuşoğlu sudanlı həmkarı İbrahim Əhməd Əbdüləziz Gandurla keçirdiyi birgə mətbuat konfransında bildirib. "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparanlar Suriyadakı rejim (Bəşşar Əsəd hakimiyyətini nəzərdə tutur - "Report") və ona bağlı güclərin hücumuna məruz qalır. Buradan isə rejim və onu dəstəkləyənlərin məqsədləri açıqca görünür. Onların Suriya Azadlıq Ordusuna hücumu "Fırat kalkanı" əməliyyatını dayandıra bilməz. Bu hərəkat əl-Babda gedənədək davam edəcək", - deyə o vurğulayıb.
"Fırat kalkanı" əməliyyatı Suriyanın əl-Bab bölgəsi terrorçulardan azad olunanadək davam edəcək"."Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri
Xatırladaq ki, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində 2 döyüşçü ölüb, 21-i isə yaralanıb, 7 avtomobil yararsız hala düşüb.