“Qazprom“ satışa çıxarıldı

“Qazprom“ satışa çıxarıldı backend

Rusiyanın aparıcı qaz şirkəti Avropadakı varlığını itirməkdədir.

Hesab Vaxtı "Qazprom" Almaniyanın "Verbundnetz Gas" (VNG) qazpaylayıcı şirkətindəki payını (səhmlərin 10.52%) satışa çıxarıb.

ANS PRESS-in məlumatına görə, "Qazprom"dan jurnalistlərə bildirilib ki, şirkətin öz payını satmaq arzusu onun strateji tərəfdaşı olan "Wintershall Holding" şirkətinin VNG-dəki payını satması ilə bağlıdır.

VNG qazbölüşdürücü şirkətdir və yalnız Almaniyada, Avstriyada, İtaliyada, Çexiyada, Slovakiyada, Polşada qazın satışı ilə məşğul olmur, həmçinin Norveçdə qazçıxarma üzrə layihələri reallaşdırır.

Bundan əvvəl "Qazprom" ilə "Wintershall Holding" birgə VNG-nin 26,31% səhm paketinə malik idilər. Lakin "Wintershall Holding" keçən ilin payızında öz payını satıb. Ona görə də "Qazprom" VNG şirkətindəki payını idarəetmək gücündə deyil.

Ekspertlərin fikrincə, VNG öz səhmini sataraq "Qazprom"u Avropa biznesindən tədricən uzaqlaşdırmaq strategiyasını reallaşdırmağa çalışır. Buna səbəb isə Ukrayna münaqişəsində Rusiyanın tutduğu mövqeyə görə Avropa İttifaqı ilə Moskva arasında yaranmış gərgin münasibətlər olub.

Diaspora