Venesuela prezidenti Nikolas Maduro beynəlxalq turne çərçivəsində bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.
Qaziler.az TASS-a istinadən bildirir ki, bu barədə Krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh məlumat verib.Məlumata görə, Nikolas Maduro Ər-Riyadda neft hasilatı ilə bağlı danışıqlar aparacaq.
Xatırladaq ki, N. Maduro oktyabrın 22-də Azərbaycanda rəsmi səfərdə olub.