Rusiyanın "İkar" aviaşirkəti Moskvanın yeni "Jukovskiy" beynəlxalq aeroportundan Bakıya uçuş icazəsi alıb.
Qaziler.az bildirir ki, Trend Rusiyanın hava nəqliyyatı Federal agentliyinin (Rosaviasiya) saytına istinadən xəbər verir ki, şirkət Bakıya həftədə 7 dəfə mütəmadi reyslər həyata keçirəcək.Bundan başqa "Komiaviatrans" şirkəti Moskva-Lənkəran, Perm-Bakı reyslərini təşkil etmək üçün icazə alıb.