ABŞ-dan rus diplomatlara seçki qadağa

ABŞ-dan rus diplomatlara seçki qadağa backend

ABŞ Dövlət Departamenti prezident seçkilərinin gedişini izləmək üçün rusiyalı diplomatları müşahidəçi kimi seçki məntəqəsinə dəvət etməyib. AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya MSK-ya istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamenti Rusiya tərəfinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qoşulmağı təklif edib. Lakin Rusiya MSK bunu qəbuledilməz hesab edib.

Nəşrin məlumatına görə, Rusiyanın seçkiləri izləmək barədə sorğusu ABŞ-ın 3 ştatında - Oklohoma, Luiziana və Texasda rədd edilib. Texas ştatında rusiyalı müşahidəçilər seçki məntəqəsinə yaxın gəlsələr onların cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.
Diaspora