Azərbaycan neftinin qiyməti yenidən 54 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti yenidən 54 dollara yaxınlaşır backend

Dünya bazarında neft ucuzlaşıb. Virtualaz.org bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 51,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 52,54 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftə gəlincə, onun bir barelinin qiyməti 1,66 dollar və yaxud 3,18% artıb.

Beləliklə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,82 dollara bərabər olub.
Diaspora