“Şəhidlik məktəbinə xələl gətirirlər”

“Şəhidlik məktəbinə xələl gətirirlər” backend

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib. Birlikdən 525.az-a verilən məlumata görə, "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli "Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” haqqında geniş çıxış edib.


O, İslamın ali şəhidi Həzrəti Hüseynin və onun şəhadət dostlarının Azərbaycan şəhidlik məktəbinin formalaşmasında misilsiz xidmətləri olduğunu bildirib.

Birliyin sədri qəhrəman Qarabağ şəhidlərinin Vətən və dövlət adına mübarək savaşda qazandıqları zəfərdə Kərbəla hadisəsinin ayrıca müsbət təsirlərinin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

S.Əzimbəyli təəssüflə bildirib ki, bu gün ölkəmizdə bir qrup adam Həzrəti Hüseyni istismar edərək öz nalayiq əməlləri ilə bu mübarək şəhidlik məktəbinə xələl gətirirlər:



"Düşünürəm ki, Allahına, dövlətinə, eləcə də Əhli- Beytinə sahib olan hər kəs Azərbaycanın milli maraqlarını qorumağa borcludurlar. Bu ilahi vəzifə inanclı hər bir ölkə vətəndaşının iman borcudur”.

Tədbirdə ziyalı xanımlar, tələbə gənclər iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidlərinin adına ehsan süfrəsi təşkil olunub.
Diaspora