Qubada yola iri qaya parçası düşüb. "ARB Şimal" xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.
