Bakıda iri “yaşıl market“lər fəaliyyətə başlayacaq

Bakıda iri “yaşıl market“lər fəaliyyətə başlayacaq backend

2016-cı ilin sonunadək Bakıda iri "yaşıl market"lər fəaliyyətə başlayacaq.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş iş aparılır: "Bu sadəcə bir mexanizmdir. Biz bazarlara çıxmaq imkanlarının artırılması üçün digər mexanizmlər də hazırlayırıq. Məsələn, İsmayıllı və Şəkidə xüsusi "fermer evləri" açılıb".

Nazir müavini qeyd edib ki, ölkə regionlarında mütəmadi olaraq kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsi planlaşdırılır: "Təklif layihəsi artıq ölkə hökumətinə təqdim edilib. Yaxın günlərdə bu layihənin təsdiq olacağını düşünürəm".

S.Talıbov əlavə edib ki, ölkədə yem bazasının artırılması üçün konkret addımlar atılıb: "Biz artıq soya istehsalının artırılması üçün konkret addımlar atmışıq. Fikrimcə növbəti il nəticə əldə edəcəyik".
Diaspora