"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək. Bu barədə Trend-ə "AzeriСard"dan bildiriblər.
Sistemin yenilənməsi ilə əlaqədar oktyabrın 14-də gecə saat 01:00-dan səhər saat 06:00-a qədər "AzeriСard" prosessinq mərkəzinin işi müvəqqəti dayandırılacaq."AzeriСard"dan onu da qeyd ediblər ki, proqram təminatının yenilənməsi planlı şəkildə aparılan tədbirdir.
Qeyd edək ki, "AzeriСard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların sayı 31-dir. Azərbaycanda 32 bank fəaliyyət göstərir.