Şagirdləri ağır qəzaya düşmüş məktəbin direktoru danışdı

Şagirdləri ağır qəzaya düşmüş məktəbin direktoru danışdı backend

Sabirabad rayonu, Bulaqlı kəndində baş vermis ağır yol qəzasında ölən və yaralanan azyaşlılar rayondakı H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb. Bu barədə virtualaz.org saytına məktəbin direktoru Mircamal Həşimov məlumat verib.

Direktorun sözlərinə görə, hadisə uşaqların dərsə gəldiyi vaxt - saat 7:45-də baş verib. “Uşaqlar hər gün dərsə bu avtobusla gəlirdilər. Baş vermis qəzada 3-cü və 6-cı sinifdə təhsil alan şagirdlərimiz yaralanıb, bir şagirdimiz isə dünyasını dəyişib. Bundan əlavə, digər sərnişinlər də yaralanıblar. Onlardan biri kollec tələbəsidir”, - M.Həşimov deyib.

Qəzada ölən Həsənov Vüsal Elman oğlu 6-cı sinifdə təhsil alıb. “Hadisə polisin müşahidə kamerasının qarşısında baş verib. Olduqca ağır hadisədir”, - direktor əlavə edib.
Diaspora