İordaniyanın Əmman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzi və Amerikadakı İslam-Xristian Dialoqu Mərkəzinin hazırladığı "Muslim 500-2017” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.
Qaziler.az xəbər verir ki, siyahıya Misir sünnülərinin lideriŞeyx Əhməd Məhəmməd əl-Tayyibbaşçılıq edir.Növbəti yerlərdə İordaniya kralıAbdullah(2), Səudiyyə Ərəbistanı kralıSalman Ben Əbdüləziz Əl-Saud(3), İranın ali dini lideriSeyid Əli Xameneyi(4) gəlir.
İraq şiələrinin lideriSeyid Əli Sistani7-ci, Türkiyə dövlət başçısıRəcəb Tayyip Ərdoğanisə 9-cu yerdə qərar tutub.
Ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidentiİlham Əliyevdə yer alıb. Onunla yanaşı, ən nüfuzlu 500 müsəlman siyahısında Türkmənistan prezidentiQurbanqulu Berdımuhəmmədovvə Çeçenistan rəhbəriRamzan Kadırovunda adı var.
Azərbaycandan Prezident İlham Əliyevlə yanaşı, Bütün Qafqazın ŞeyxiHacı Allahşükür Paşazadəvə Xalq artistiAlim Qasımovunadı, ən nüfuzlu dünya müsəlmanlarının siyahısında qeyd olunur.