QAZİLER.AZ APA.TV-yə istinadla bildirir ki, neft yeni həftəyə qeyri-müəyyənliklə başlayıb. Həftənin ilk seanslarında birjalarda “Brent” markalı neftin bir bareli 51,76 dollardan satılıb. Sonrakı hərraclarda qiymət ucuzlaşaraq 51,54 dollar həddinə enib. Qərbi Texas nefti də həftəyə yüksək qiymətlə başlayıb, ilk seanslarda 49,70 dollardan satılan WTİ nefti səhərə yaxın nisbətən ucuzlaşıb. Hazırda Qərbi Texas nefti 49,34 dollardan təklif olunur.
Neftin qiymətlərində qeyri-müəyyənlik OPEK üzvü ölkələrin və bəzi neft ixracatçısı ölkələrin İstanbul görüşüdür. Bazar faktiki olaraq görüşdən OPEK-in Vyana toplantısında hasilatı dondurmaq barədə qərara ümidləndiriləcək açıqlamalara köklənib. Bu səbəbdən yaxın iki gün ərzində neftin qiymətlərinə iqtisadi deyil, siyasi amillər daha çox təsir göstərəcək. Vyana görüşü ilə bağlı pozitiv açıqlamalar qiymətləri yenidən bahalanma trendinə daxil edə bilər. Sabah axşam ABŞ-ın neft ehtiyatlarının həcminə dair yeni hesabatın açıqlanması ilə neftin qiyməti yenidən tələb-təklif münasibətlərinə əsasən formalaşmağa başlayacaq. Treyderlər bu həftə də ABŞ-ın neft ehtiyatlarının azalacağını proqnozlaşdırırlar. Proqnozlar özünü doğrultsa, neft bu həftə son ayların rekordunu yeniləyə bilər.