“Deputatla aramda hər hansı bir insident yaşanmayıb“ - Qarabağ əlili özü danışdı

“Deputatla aramda hər hansı bir insident yaşanmayıb“ - Qarabağ əlili özü danışdı backend

"Mənimlə deputat Hacı Madər Musayev və köməkçiləri arasında hər hansı bir insident yaşanmayıb". Azadinform xəbər verir ki, bu sözləri mia.az-a deputat Hacı Madər tərəfindən döyülməsi barədə xəbərə aydınlıq gətirən 1-ci qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev deyib.

Onun sözlərinə görə, o, həqiqətən iş üçün Milli Məclisin üzvü Hadı Rəcəblinin qəbulunda olub və onun məsləhəti ilə yaşadığı rayon üzrə deputat Madər Musayevin qəbuluna gedib: "Lakin onun evində döyülməyim barədə xəbər doğru deyil. Sadəcə, qəbula gedərkən, küçədə tamamilə kənar bir şəxslə aramızda kiçik söz-söhbət oldu. O an yoldaşım mənə zəng etdi, telefonu açan zaman səsimi eşidib, döyüldüyümü zənn edib. Bir sözlə, həyat yoldaşım həyəcana qapılaraq, adımdan belə bir xoşagəlməz açıqlama verib".

Sonda Faiq Quliyev deyib ki, Madər Musayevlə danışıb və deputat onun iş probleminə kömək edəcəyinə söz verib: "Sağ olsun, Madər müəllim dedi ki, ayın 14-də məni yenə qəbul edib, iş məsələsində əlindən gələn köməyi edəcək".
Diaspora