Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.Azərbaycandan külli miqdarda pul çıxarılmasının qarşısı alınıb

