Biznesmen olmaq “heçnə”dir

Biznesmen olmaq “heçnə”dir backend

İşsizlik artıq qlobal problemə çevrilib. İşsizliyin mənfi tərəfləri olsa da bəzi insanlar üçün bu həm də asudə vaxtı hesab olunur. Həminşəxslər ki, indi benznes fəaliyyəti ilə məğuldur. Necə?

Düşünən beyinlərin iqtisadi yönə inikas etməsi ilə maliyyə bazasının axtarışını şərtləndirir. Bunun üçün isə bankalrın fəaliyyəti də elə qloballaşıb. Kredit və ağıllı işin vəhdədi gələcəkdə səni böyük biznesmen olmağa sürükləyir. Bunu dünya soaisal-psixoloqları deyir.

Bir sıra dünya ölkələrinin təcrübəsində biznes strategiyası müxtəlif cür təzahür edir. Əsasən nefet ölkələrində əhaliyə maddi dolanışığı üçün ayrılan vəsaitlərdən söz açsaq bəzi ölkələri haqlı olaraq milyonçuların sayı barmaqla sayılası qədər deyil.
Dünyanın diqqətini özünə cəmləşdirən Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin ölkəsində həyat səviyyəsi olduqca yüksəkdir. Hal hazırda da ölkənin Neftdən gələn gəlirləri əhali arasında bərabər bölünür. Hər liviyalı ailəsi ildə 1000 dollar əlavə pul alır. İşsizliyə görə müavinət 750 dollar təşkil edir. Evlənən cütlüklərə isə dövlət 64 min dollar hədiyyə edir. O cümlədən Liviyada şəxsi biznes açmaq istəyənlərə dövlət 20 min dollar maddi yardım edir. Ölkədə vergi yoxdur. Əhali elektrik enerjisi və yer pulundan azaddır. Belə ölkədə kim biznes qurmaq istəməz?..

Həmçinin bu tip ölkələrdən ibarət siyahıda hər 55 nəfərdən birinin milyonşçu olduğu Birləşmiş Ərəb Əmirliklərində ilkin olaraq hər bir adama 400 min dollar ayrıldı. Bu pul ölkə vətəndaşlarının “ayağa durması” üçün nəzərdə tutulurdu.

Kuveyt, Oman, Qətə, Bəhreyn kimi öılkələrdə də biznes qurmaq istəyənlərə dövlət kifayət qədər maddi vəsait ayrırı. Bu ölkələrdə normal əmək haqqı isə 6000 dollardan başlayır.
Bəs uğurlu biznes qurmaq üçün haradan pul tapa bilərik? Ağıla gələn ilk fikir “qara gün” üçün yığdıqlarımızdan istifadə etməkdir. Biznes-planınızı kredit təşkilatlarına təqdim etməklə də biznesə başlamaq üçün kapital əldə edə bilərsiniz. Partnyor və ya investorlar da cəlb edə bilərsiniz, amma bunu etməzdən əvvəl yüz ölçüb, bir biçin. Bəzən ən çox etibar etdiyimiz insanlar bizi çətin vəziyyətdə qoya bilər. Uğurlu biznes qurmaq üçün yalnız özünüzə güvənin, bir az skeptik olun.
Avropa pəncərəsinə tamaş etsək orada dövlətin yürütdüyü biznes strategiyası şərq ölkələrinin müftə dollar yağışından fərqli, daha potensial, və intelelktualizmi özündə əks etdirir. Financial Times biznes mətbusunun reytinqinə görə Avropanın ən yaxşı biznes məktəbi London business school seçilmişdir. Bu təhsil ocağı Avropanın biznes məktəbləri arasında liderlik edərək mötəbər İnsead, HEC Paris, IE business School, Esade business school, IMD kimi mötəbər təhsil brendlərini arxada qoymuşdur. Ümumiyyətlə, FT-nin bu reytinqində 20 Britaniya məktəbi yer almışdır.
Qeyd etmək lazımdır ki, London business school-u Executive MBA diplomu ilə bitirən müdavimlərin buraxılışdan 3 il sonra illik maaşları 170 min ABŞ dolları, MBA diplomu ilə - 152 min ABŞ dolları, maqistr diplomu ilə bitirənlərinki isə - 70 min ABŞ dollarıdır. Bu, təhsil zəhmətinin sonrakı dövrdə işlə təminatı prosesində əsl kariera təcəssümüdür. Həmin kariara platformasında hərəkət edən biznesmenlərin yaratdığı şirkətlərin məqsədlərini dəstəkləmək üçün strukturların qurulması da vacibdir. Texnologiyanın yaratdığı imkanlardan maksimum şəkildə yararlanmaq isə müasir dövrün əsas tələbidir.

Həmçinin Dünya Bankı (DB) 175 ölkədə biznes mühitini araşdırıb və hansı ölkələrdə, nəyə görə biznes fəaliyyəti üçün şəraitin yaxşı və ya pis olduğunu göstərib. Hesabata görə, Sinqapurda biznes üçün ən yaxşı şərait var. Post-sovet məkanında biznes sahəsində Gürcüstan ən çox islahat aparan ölkə sayılır. Özbəkistan və Tacikistan isə ən geridə qalan ölkələrdəndir. Azərbaycan isə siyahıda 99-cu yerdə gəlir. DB-nin yeni hesabatına görə, Azərbaycan və Gürcüstan biznes üçün şərait yaratmaqda Avropa Birliyinə üzv olan İspaniya ilə Portuqaliyadan daha müvəffəqiyyətlidir. Sənədin müəlliflərindən biri olan iqtisadçı Kerəli MəkLişin dediyinə görə, bu o deməkdir ki, inkişaf dövrünü yaşayan ölkələr nizamlayıcı kommersiya qaydaları və proseduraları sadələşdirməklə inkişaf etmiş ölkələrdən daha yüksək təşəbbüskarlıq qabiliyyəti nümayiş etdirir və belə islahatların nəticəsi olaraq onların beynəlxalq və daxili biznes imkanları artıq dərəcədə yaxşılaşır.
Məqsədli şəkildə bir işə başlamaq sizin həyatınızı dəyişəcək bir qərara çevrilə bilər. Ancaq düşünməli olduğunuz bəzi məqamlar da var. Məsələn uzun illərdir Azərbaycanda ticarət və maldaşıma biznesi ilə məşğul olan İngiltərəli Jonf Ford Kolleman necə biznes yaratdığını danışıb: “Bu mövzuda hələ çox danışa bilərəm, amma məni daha çox maraqlandıran başqa məsələlər də var. Mənə elə gəlir ki, bu sizin üçün də maraq kəsb edəcək. Sizin tarixinizə də azdan, çoxdan praktiki bələdəm, bu torpaqlara gələn zaman SSRİ dağılmaq ərəfəsində idi. Üsyanlar, qırğınlar, milli hərəkatlar, soyqırımlar, qətliamlar və s... Başınız sağ olsun. Etiraf edirəm ki, erməni vəhşiliyi adlı sindrom qərbin təşəbbüskarlığından yaranıb. Nəysə, onsuz da dünyada zərrəcə parıldayan demokratiya qığılcımı görünür, o da danışmağıma kömək etməz. Sizin dövlətinizə, yaşadığım müddət şahidi olduğum dahilərin idarəçilik bacarığına və uğurlarına şahid olmuşam. Hər halda, mən artıq özümü buranın vətəndaşı hesab edirəm, rəsmi deyil, hətta bilincli şəkildə. Bu bir amerikalının dərkiyyatı, onun sevgisidir. Sizin dilinizdə sərbəst və heç bir şivəyə yol vermədən danışa bilirəm. Çünki Azərbaycana gəlişimə məni təhrik edən amillərdən biri də Azərbaycan türkcəsinə hədsiz vurğunluğum və onu öyrənmək həvəsim olub. Demək istəyirəm ki dil faktoru biznesin qurulmasında böyük rol oynayır. Eləcə də sizi İngiltərə və ya başqa ölkədə biznes faəliyyəti ilə məşğul ola bilərsiznz, lakin ölkəni seçərkən oranın dilini də sevməlisiniz. Azərbaycanda gözəl ticarət, biznes qurmaq olar. Abşeron regionu bunun üçün ən əlverişli məkandır, ancaq zaman ötdükcə ərazilər genişlənir, bu isə hətta bizim kimi kiçik biznesmenlər üçün də xeyirli və savablı işdir. Neftimiz var, qazımız ixrac olunur və bu iqtisadiyyatın əsas potensialı hesab oluna bilər. Bilməyənlər üçün deyim ki, hələ 100 il ömrümüz (burada Azərbaycanı nəzərdə tutur) var. İnanıram ki, dövlət başçısı və onun layiqli davamçıları illər sonra milli gəlirlərimizin təbii karbohidrogen məhsullarından asılılığını azaltmağa müvəffəq olacaqlar. Hər halda bunu çox yerdə qeyd etmirlər, ancaq "ölkəmiz” heç də neftdən asılı deyil, onun ticarət, son dövrlərdə turizmlə əlaqədar gəlirləri formalaşmış və artmışdır. Açığı kortəbii yolla qazanılan məbləğlər ticarəti üstün tutur, məkan naməkan, insanlar isə istənilən təbəqədən”.
Beləliklə, sizi uğurlu işə aparacaq asas addımlarınm lokanik məcmusu na görə bütün işlər kiçik ideyaların böyüməsi nəticəsində həyata keçir. Sizin illərlə arzuladığınız bir işi həyata keçirmək üçün xəyallarınız ola bilər. Mənbəyindən asılı olmayaraq, quracağınız iş biznes ideyası ilə yaranır. Elə isə böyük ideyalarınızı müəyyənləşdirin və onları reallaşdırmağa çalışın.

Rüfət Soltan
Diaspora