Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb backend

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.


"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2016-cı il sentyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 132,7 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayının əvvəli ilə müqayisədə 1,43% və ya 59,8 mln. dollar çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 mlrd. 822 mln. dollar azalma olub.
Diaspora