Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulan gəlir və xərclər məlum olub.
Modern.az saytının Nazirlər Kabinətindən əldə etdiyi məlumata görə, gələn ilin büdcə layihəsində gəlirlər 15955000,0 min manat, xərclər isə 16600000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 15312619,0 min manat, yerli gəlirlər 642381,0 min manat, mərkəzləşdirilmiş xərclər 15881730,0 min manat, yerli xərclər 718270,0 min manat) məbləğində nəzərdə tutulub.