Gənclər Fondunun dəstəyi ilə virtual ekoloji maariflənmə aparılacaq

Gənclər Fondunun dəstəyi ilə virtual ekoloji maariflənmə aparılacaq backend

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnibr. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.


Bu sahədə gənclərin maariflənməsinə böyük ehtiyac yaranıb. Bu mənada Abbaslı Sevər Şakir qızının təklif etdiyi “Təbiətimizi necə qoruyaq? Virtual maaarifləndirmə – www.MenimTebietim.az” layihəsi olduqca vacib və zəruridir. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi Gənclərin ekologiya mövzusunda biliklərinin təkmilləşdirilməsinə dəstək vermək və onlar arasında “AZƏRBAYÇANÇILIQ” ideologiyasını rəhbər tutaraq fəaliyyətlərində mili maraqların önə çəkilməsinin vacibliyini önə çəkmək, Gənclərin ekologiya sahəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələsini ictimaiyyətin diqqət mərkəzinə gətirmək üçün səy göstərmək, Gəncləri ekologiya mövzusunda müxtəlif istiqamətlər üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan www.MenimTebietim.az saytı artıq fəaliyyət göstərir. 3 ay ərzində davam edəcək layihə çərçivəsində nəzərdə tutulan bütün texniki işlər tamamlanıb.
Diaspora