Rövnəq Abdullayev Gürcüstanda – FOTO

Rövnəq Abdullayev Gürcüstanda – FOTO backend

Kulevi terminalında iki yeni qaz anbarının açılışı olub.

Sentyabrın 28-də Gürcüstanın Poti şəhərinin Kulevi terminalında ikinci, əlavə təbii qaz anbarının açılışı olub.

Qaziler.az-ın məlumatına görə, “Report”un Gürcüstan bürosu xəbər verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Baş nazirinin birinci müavini, İqtisadiyyat naziri Dimitri Kumsişvili, Energetika naziri İlya Eloşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Batumidəki Baş konsulu Rəşad İsmayılov, “SOCAR Georcia” şirkətinin prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, tikintisinə 2015-ci ildə başlanılmış terminalda ümumi həcmi 60 min kubmetr olan 6 çən var. Bu terminal Xəzər dənizi regionundan ixrac olunan neft-qaz məhsullarının qəbulu, saxlanılması və nəqli üçün geniş imkanlar yaradacaq. Terminalın illik gücü ildə 1 milyon 500 min kubmetrdir.

Burada inşa olunan altıncı qaz terminalı isə ümumi həcmi 12 min kubmetr olan 5 çəndən ibarətdir. Bu çənlərdən ikisi 3 min kubmetr, üçü isə 2 min kubmetrlikdir. Bu çənlər izopropil spirti, mazut və sənaye yağı üçün nəzərdə tutulub.

Rövnəq Abdullayev, Dimitri Kumsişvili və İlya Eloşvili açılışı bildirən düyməni işə salıblar.
R.Abdullayev jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına xeyli sərmayə qoyub.

Bu sərmayələr və bu gün açılan terminal iki dost və qardaş ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Gürcüstanda bu terminal Xəzər dənizi regionunda əldə olunan neft-qaz məhsullarının daşınması imkanlarını genişləndirəcəkdir.

D.Kumsişvili Azərbaycan investisiyası hesabına tikilən terminalın hər iki ölkə üçün böyük gəlirlər gətirəcəyini bildirib.

Energetika naziri İ.Eloşvilinin sözlərinə görə, Azərbaycanın köməkliyi ilə Gürcüstanda həyata keçirilən layihələr neft və qaz məhsulları satışının həcminin artırılmasında mühüm rol oynayacaq.
Diaspora