Maliyyə Nazirliyi hərrac keçirəcək - 22 milyon manat

Maliyyə Nazirliyi hərrac keçirəcək - 22 milyon manat backend

Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Qaziler.az-ın məlumatına görə, BFB-dən XəzərXəbər-ə bildiriblər ki, istiqrazların ümumi həcmi 22 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi 2017-ci il yanvarın 3-dür. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Diaspora