“Hazırda 125 məmulatın üzərində təcrübə konstruktor işləri aparılır. Prioritet layihələrdən hava-yer,hava-hava və yer-yer raketləri üzərində iş aparılır”. APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalovdeyib.
Nazir qeyd edib ki, 280 km məsafədə ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi ilə bağlı dünyanın bir neçə aparıcı şirkəti ilə danışıqlar gedir.