Avroparlamentdən Ukrayna ilə bağlı - Mühüm qərar

Avroparlamentdən Ukrayna ilə bağlı - Mühüm qərar backend

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib. APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.


Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir.
Diaspora